Bank Of Baku

Piter Semnebi: “Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız və yalnız sülh yoluna üstünlük verilməlidir”

Piter Semnebi: “Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız və yalnız sülh yoluna üstünlük verilməlidir”
# 31 iyul 2008 12:51 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. APA-nın məlumatına görə, danışıqlardan sonra P. Semnebi bildirib ki, görüşdə, əsasən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, Dağlıq Qarabağ münaqişəsi, seçkiöncəsi vəziyyət, seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində atılan addımlar və digər məsələlər müzakirə olunub. Medianın vəziyyəti ilə bağlı da fikir mübadiləsi aparıldığını deyən xüsusi nümayəndə jurnalistlərin azadlığa buraxılması məsələsini müzakirə etmədiklərini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan P. Semnebi problemin həllində yalnız və yalnız sülh yoluna üstünlük verilməsinin vacibliyini önə çəkib. O, münaqişənin tənzimlənməsi prosesində Minsk Qrupunun rolunu xüsusi qeyd edib, həmsədrlərin fəaliyyətini dəstəklədiklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR