Bank Of Baku

Metyu Brayza: “Bakı-Tiflis-Ceyhan kəmərinin normal fəaliyyəti üçün bölgədə sabitlik vacibdir”

Metyu Brayza: “Bakı-Tiflis-Ceyhan kəmərinin normal fəaliyyəti üçün bölgədə sabitlik vacibdir”
# 04 avqust 2008 09:45 (UTC +04:00)
Moskva – APA. “Gürcüstan və Abxaziya təcili şəkildə istənilən formatda sülh danışıqlarına başlamalıdır. Gürcü tərəfi abxazlara dörd məsələ üzrə təminat verməlidir: güc tətbiq etməmək, iqtisadi, siyasi və mədəni təhlükəsizlik. Heç bir şərt irəli sürmədən danışıqların başlaması vacibdir”. APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin müavini Metyu Brayza deyib. M. Brayza bildirib ki, ABŞ tərəfinin qarşısında çox konkret vəzifə dayanır - münaqişənin ABŞ-ın milli maraqlarına uyğun həllinə nail olmaq: “Bizim yeganə marağımız budur ki, regionda müharibə olmasın, Gürcüstandan sabitlik hökm sürsün”. M. Brayza Bakı-Tiflis-Ceyhan kəmərinin normal fəaliyyəti üçün bölgədə sabitlik istədiklərini, ancaq təhlükəsizlik məsələsinin ABŞ üçün ilk sırada dayandığını söyləyib: “Təhlükəsizlik maraqları öndə gəlir. Enerji təhlükəsizliyi – boru kəmərləri və bununla bağlı digər məsələlər ikinci sıradadır”. M. Brayza ABŞ-ın bölgədəki maraqlarında üçüncü yerdə demokratiyanın inkişafının dayandığını vurğulayıb: “Bizim “dondurulmuş münaqişələr”ə baxışımız tam aydındır. Münaqişələr Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Müstəqilliyini elan etməsinə baxmayaraq, Abxaziya Gürcüstanın tərkib hissəsi olaraq qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR