Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan, Türkiyə və Gürcüstan öz ərazilərində Bakı-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsizliyini təmin edirlər”

Xəzər İbrahim: “Azərbaycan, Türkiyə və Gürcüstan öz ərazilərində Bakı-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsizliyini təmin edirlər”
# 04 avqust 2008 10:41 (UTC +04:00)
Bakı. Tamara Qrigoryeva - APA. “Azərbaycan birmənalı olaraq Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz bütün münaqişələrin sülh yolu ilə həllini istəyirik və bu mövqeyimiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim dilə gətirilir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın XİN-in sözçüsü Xəzər İbrahim Cənubi Osetiya və Abxaziya münaqişələrinə rəsmi Bakının münasibətini ifadə edərkən deyib. Bakı-Tiflis-Ceyhan boru kəmərinin təhlükəsizliyinin təmin olunması barədə sualı cavablandıran diplomat Azərbaycan, Türkiyə və Gürcüstanın kəmərin öz ərazilərində olan hissəsinin təhlükəsizliyini təmin etdiklərini bildirib: “Biz bu istiqamətdə üçtərəfli formatda də işlər görürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR