Bank Of Baku

Azərbaycanın 50-dən çox ölkədə 360-dan artıq diaspor təşkilatı fəaliyyət göstərir

Azərbaycanın 50-dən çox ölkədə 360-dan artıq diaspor təşkilatı fəaliyyət göstərir
# 04 avqust 2008 11:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın xarici ölkələrdə 360-dan artıq diaspor təşkilatı fəaliyyət göstərir. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Təbliğat və informasiya şöbəsinin müdir müavini Elşad Miraləm bildirib. O, Azərbaycanın diaspor təşkilatlarının dünyanın 50-dən artıq ölkəsində fəaliyyət göstərdiyini deyib. Komitə rəsmisinin sözlərinə görə, azərbaycanlıların daha kompakt yaşadığı Rusiya, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdəki diaspor təşkilatları daha aktivdir. E. Miraləm Avropa Azərbaycanlıları Konqresinin fəaliyyət proqramında Avropa ölkələrində Azərbaycan diaspor təşkilatlarının daha da gücləndirilməsinin nəzərdə tutulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR