Bank Of Baku

“Seçkiləri müşahidə üzrə ümumdünya şəbəkəsi” Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidə aparacaq

“Seçkiləri müşahidə üzrə ümumdünya şəbəkəsi” Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidə aparacaq
# 07 avqust 2008 08:52 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. “Seçkiləri müşahidə üzrə ümumdünya şəbəkəsi” adlı təşkilat Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidə aparacaq. Bu barədə APA-ya təşkilatdan məlumat verilib. Qurumun müşahidə missiyası 14-17 oktyabr tarixlərində Azərbaycanda olacaq. Hazırda missiyanın tərkibinə müşahidəçilər toplanır.

Qeyd edək ki, “Seçkiləri müşahidə üzrə ümumdünya şəbəkəsi” Tiflisdə Gürcüstan, Azərbaycan, Sloveniya, Bolqarıstan, Polşa, Çexiya, Moldova, Finlandiya və Estoniyanın QHT nümayəndələri tərəfindən təsis olunub. Qurumun əsas məqsədi postsovet ölkələri və inkişaf etməkdə olan dövlətlərdə seçkiləri müşahidə etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR