Bank Of Baku

Azərbaycanın hüquq müdafiəçiləri Rusiya və Gürcüstanı atəşi dayandırmağa çağırır

Azərbaycanın hüquq müdafiəçiləri Rusiya və Gürcüstanı atəşi dayandırmağa çağırır
# 11 avqust 2008 11:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Cənubi Osetiya münaqişəsi ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycanda hüquq-müdafiə sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri müraciət qəbul edib. APA-nın məlumatına görə, müraciət bildirilir ki, baş verən hadisələr dünya ictimaiyyətinin Qafqazda mövcud olan “dondurulmuş münaqişələr”ə çoxillik passiv münasibətinin nəticəsidir. Hüquq müdafiəçiləri rəhbərləri hesab edir ki, Cənubi Osetiya əhalisinin əksəriyyəti Rusiya vətəndaşı olduğu halda, ərazidə sülhün qorunmasını Rusiyaya həvalə etmək yanlış addımdır. Hazırda baş verən hadisələri Rusiya-Gürcüstan müharibəsi adlandıran hüquq müdafiəçiləri Rusiya və Gürcüstanı atəşi dayandırmağa, beynəlxalq təşkilatları isə zərər çəkənlərə yardım göstərməyə çağırırlar.
Müraciəti Azərbaycanın Hüquq Müdafiəsi Mərkəzinin rəhbərləri Eldar Zeynalov və Zəlihə Tahirova, Humanitar Araşdırma Cəmiyyəti, “El” İnkişaf Proqramı Mərkəzinin rəhbəri Elmira Ələkbərova və Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR