Bank Of Baku

Vasili İstratov: “Gürcüstan Cənubi Osetiya və Abxaziya ilə güc tətbiq etməmək barədə hüquqi öhdəlikləri əks etdirən müqavilə imzalamalıdır”

Vasili İstratov: “Gürcüstan Cənubi Osetiya və Abxaziya ilə güc tətbiq etməmək barədə hüquqi öhdəlikləri əks etdirən müqavilə imzalamalıdır”
# 11 avqust 2008 11:33 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir Cənubi Osetiya münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdiyi bir vaxtda Gürcüstanın bu əraziyə hücum etdiyini bildirib: “Orada sülhməramlı qüvvələr var və həmin əraziyə qoşun yeritmək olmaz. Buna baxmayaraq, Cənubi Osetiyaya qoşun yeridildi və artilleriyadan da istifadə olunaraq sülhməramlılara hücum edildi. Nəticədə sülhməramlılar da daxil olmaqla, xeyli insan həlak oldu. Cənubi Osetiya əhalisinin 80%-ə yaxınının Rusiya pasportu var. Xüsusən BMT Təhlükəsizlik Şurası Rusiyanın atəşkəs təşəbbüsü ilə bağlı qərar qəbul edə bilmədikdən sonra bizim öz vətəndaşlarımızın və sülhməramlılarımızın köməyinə getməkdən başqa yolumuz yox idi”. Hazırda situasiyanın dinamik inkişaf etdiyini söyləyən V. İstratov Gürcüstanın öz qoşunlarını 1992-ci ildə imzalanmış sazişdə nəzərdə tutulan məsafəyə çəkəcəyinə ümid etdiklərini deyib. Onun sözlərinə görə, Rusiyanın Gürcüstandan əsas tələbi rəsmi Tiflisin Cənubi Osetiya və Abxaziya ilə güc tətbiq etməmək barədə hüquqi öhdəlikləri əks etdirən müqavilə imzalamasından ibarətdir. Diplomat son illərdə Gürcüstanın müxtəlif bəhanələrlə belə bir müqavilə imzalamaqdan boyun qaçırdığını xatırladıb: “İndi aydın olur ki, məqsəd güc tətbiq etmək imkanını saxlamaq imiş. Hazırda Sxinvalidə su, elektrik enerjisi yoxdur, bütün infrastruktur dağılıb. Bərpa işlərinə böyük vəsait lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR