Bank Of Baku

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Bakıya gəlir

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Bakıya gəlir
# 12 avqust 2008 14:48 (UTC +04:00)
Bakı – APA. Avqustun 13-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harris Bakıya gələcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətində ABŞ və Kanadada yaşayan Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov və Amerika Yəhudi Komitəsinin keçmiş sovet respublikaları üzrə departamentinin direktoru Samuel Kliger də var. Avqustun 16-dək davam edəcək səfərin məqsədi Azərbaycan və buradakı yəhudi icması ilə tanışlıq, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə etməkdir. Səfər zamanı Devid Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin siyasi rəhbərliyi ilə görüşəcək. Amerika Yəhudi Komitəsi təmsilçilərinin Xarici İşlər Nazirliyində, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Qafqaz Müsəlmanları İdarəsində, ABŞ və İsrailin Azərbaycandakı səfirliklərində görüşləri nəzərdə tutulub. Bakıdakı yəhudi sinaqoqunu da ziyarət edəcək qonaqlar səfərin yekunlarına dair mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, 1906-cı ildə yaradılmış Amerika Yəhudi Komitəsi ABŞ-dakı yəhudi cəmiyyətlərini birləşdirən, onların fəaliyyətini əlaqələndirən nüfuzlu qurumdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR