Bank Of Baku

Rəsmi Moskva Rusiya-Gürcüstan qarşıdurması zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqeni anlayışla qarşılayır

Rəsmi Moskva Rusiya-Gürcüstan qarşıdurması zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqeni anlayışla qarşılayır
# 13 avqust 2008 11:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Ümid edirik ki, son hadisələrdən regionda və ondan kənarda düzgün nəticə çıxarılacaq, sonda tərəfləri qane edəcək qərar qəbul ediləcək”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov “Cənubi Osetiya problemi ilə bağlı danışıqların hansı istiqamətdə davam edəcəyi” barədə sualı cavablandırarkən deyib. Səfir danışıqların alternativinin olmadığını, danışıqların artıq bərpa edildiyini söyləyib.

Cənubi Osetiya əhalisinin 80 faizinin hansı əsaslarla Rusiya vətəndaşı olması məsələsinə aydınlıq gətirən səfirin sözlərinə görə, Rusiyanın vətəndaşlıq haqqında qanunu SSRİ dağıldıqdan sonra uzun müddət onun keçmiş vətəndaşlarının Rusiya vətəndaşlığı almasına imkan verib: “Həmin imkandan Azərbaycan vətəndaşları da yararlanıblar”.

“Dağlıq Qarabağda hazırda neçə Rusiya vətəndaşı var və əgər Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istəsə, Rusiya Gürcüstana qarşı həyata keçirdiyi əməliyyatı burada da təkrarlaya bilərmi” sualını cavablandıran diplomat Dağlıq Qarabağda yaşayan Rusiya vətəndaşlarının sayı barədə məlumatı olmadığını deyib. Rusiyanın Cənubi Osetiyada öz vətəndaşlarını və sülhməramlılarını müdafiə etmək üçün əməliyyat keçirdiyi qeyd edən səfir Rusiyan vətəndaşlarının dünyanın istənilən ölkəsində yaşadığını bildirib və analogiya aparmaq istəməyib.

Rusiya-Gürcüstan qarşıdurması zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqeyə münasibət bildirən V. İstratov rəsmi Moskvanın Azərbaycanın mövqeyini, o cümlədən səslənən bəyanatları anlayışla qarşıladığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR