Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri beynəlxalq təşkilatlara Urmiya gölü ilə bağlı müraciət ediblər

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri beynəlxalq təşkilatlara Urmiya gölü ilə bağlı müraciət ediblər
# 15 avqust 2008 08:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Təbriz və Urmiya arasında yerləşən Urmiya gölünün məhv olmaq təhlükəsi ilə üzləşdiyi diqqətə çatdırılıb: “İran mətbuatının verdiyi məlumatlara görə, dünyanın ikinci ən duzlu gölü olan Urmiya müxtəlif səbəblərdən məhv olmaq üzrədir. Belə ki, son 13 il ərzində gölün səviyyəsi 6 metr enib. Bu isə bölgənin ekosisteminə ciddi zərbə vurur. Gölün ətrafında və adalarındakı heyvanlar aləmi təhlükə ilə üzləşib. Mütəxəssislərin fikrincə, gölünün məhv olmasının qarşısı alınmasa, yaxın gələcəkdə bu göldən əsər-əlamət qalmayacaq. Bunun nəticəsində bütün ərazi səhraya çevrilərək əkin əraziləri duzlaşacaq və istifadəyə yarasız duruma düşəcək. Bu da gölün ətrafında olan minlərlə kənd, qəsəbə və şəhərlərin əhalisi üçün fəlakət deməkdir. Hazırda isə gölün 150 hektar ərazisi səhraya çevrilib”. Müraciətdə beynəlxalq ictimaiyyət və qurumlar, Dünya Yaşıllar Hərəkatı Urmiya gölünün məhv olmasının qarşısının alınması məqsədilə əməli addımlar atmağa çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR