Bank Of Baku

Bakıda Hindistanın müstəqilliyinin 61-ci ildönümü qeyd olunub

Bakıda Hindistanın müstəqilliyinin 61-ci ildönümü qeyd olunub
# 16 avqust 2008 09:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda Hindistanın Azərbaycandakı səfirinin rezidensiyasında bu ölkənin müstəqilliyinin 61-ci ildönümü qeyd olunub. APA-nın məlumatına görə, səfir Muthu Kumar Hindistanın yaradılması və inkişafında böyük rol oynamış dahi şəxslərin adlarını çəkib, ölkəsinin uğurları və problemlərindən söz açıb: “Hindistan hazırda öz iqtisadi inkişafı ilə dünyada mühüm oyunçuya çevrilib. Ölkəmizdə demokratiya və azadlıq yüksək səviyyədədir. Hindistan bütün millətlərlə əlaqələrini möhkəmlətməkdə davam edəcək”. Tədbirdə Azərbaycan rəsmiləri, Bakıda akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, Azərbaycanda çalışan Hindistan iş adamları iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR