Bank Of Baku

Hindistanın Azərbaycandakı səfiri Muthu Kumarın diplomatik missiyası başa çatıb

Hindistanın Azərbaycandakı səfiri Muthu Kumarın diplomatik missiyası başa çatıb
# 16 avqust 2008 09:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Muthu Kumarın diplomatik missiyası başa çatır. APA-nın məlumatına görə, o bu ayın sonunda Bakını tərk edəcək. Hindistanın müstəqilliyinin 61-ci ildönümü münasibətilə keçirilən qəbulda çıxış edən səfirin sözlərinə görə, 60 yaşı tamam olduğuna görə təqaüdə çıxır: “33 il əmək fəaliyyəti ilə məşğul olmuşam, onun iki ilini sosioloq, 31 ilini isə diplomat kimi çalışmışam. Azərbaycan barədə çox gözəl xatirələrə malikəm”. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun duayeni (rəhbəri), Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki onu peşəkar diplomat və gözəl dost adlandırıb və diplomatik korpus adından Muthu Kimara Azərbaycan xalçası hədiyyə edib: “Bu xalça sizə həmişə Azərbaycanı xatırladacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR