Bank Of Baku

Amerika Yəhudi Komitəsinin departament rəhbəri: “Yəhudilərə ən ideal münasibəti Azərbaycanda gördüm”

Amerika Yəhudi Komitəsinin departament rəhbəri: “Yəhudilərə ən ideal münasibəti Azərbaycanda gördüm”
# 16 avqust 2008 10:19 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olduğunu söyləyən S. Kliger yəhudi icmalarının nümayəndələri ilə görüşlərdə burada yəhudilərə hər zaman yaxşı münasibətin olduğunu, onların özlərini vətənlərindəkimi kimi hiss etdiklərini öyrəndiyini bildirib.

Qonaq rəhbərlik etdiyi departament barədə məlumat verərək, 3 istiqamətdə fəaliyyət göstərdiklərinin qeyd edib: “SSRİ-dən gəlmiş həm yəhudi, həm də qeyri-yəhudi emiqrant qrupların təhqiqatı, keçmiş SSRİ-dən olan bütün dünya üzrə rusdilli icmalarla əlaqələr yaratmaq və xalq diplomatiyası qurmaqla məşğuluq”.

Azərbaycana da xalq diplomatiyası xətti ilə səfər etdiklərini deyən S. Kliger burada gördüklərindən məmnun qaldığını vurğulayıb. Bundan öncə Baltikyanı ölkələrdə və Ukraynada olduqlarını söyləyən qonaq gələcəkdə Mərkəzi Asiya ölkələri və Moldovaya da analoji səfərlər edəcəklərinin deyib: “Məqsədimiz yeni dostlar tapmaq, dostluğu inkişaf etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR