Bank Of Baku

Xəzər İbrahim: “Gürcüstanda ARDNŞ-in mülkiyyəti olan Kulevi neft terminalı fəaliyyətində heç bir problem yoxdur”

Xəzər İbrahim: “Gürcüstanda ARDNŞ-in mülkiyyəti olan Kulevi neft terminalı fəaliyyətində heç bir problem yoxdur”
# 18 avqust 2008 11:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Gürcüstanda Azərbaycana aid infrastruktura Rusiya nəzarət etmir”. APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim jurnalistlərin suallarını cavablandıran zaman söyləyib. O bildirib ki, ARDNŞ-in mülkiyyəti olan Kulevi neft terminalı fəaliyyət göstərir və onun fəaliyyətində heç bir problem yoxdur: “Gürcüstanda neft və qaz daşımaları üçün infrastruktur yararlı vəziyyətdədir”. Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin bombalanması barədə onda məlumat olmadığını deyən Xəzər İbrahim bununla bağlı “bp” şirkətinin də belə bir bəyanatla çıxış etdiyini xatırladıb. Boru kəmərlərin təhlükəsizliyini artırmaq üçün səylərin artırıla biləcəyini deyən diplomat, bu tədbirlərin Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən birgə şəkildə də həyata keçirilə biləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR