Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Gürcüstanla bağlı bəyanat verib

ABŞ-ın Azərbaycandakı səfiri Gürcüstanla bağlı bəyanat verib
# 18 avqust 2008 12:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ-ın Azərbaycandakı səfiri, xanım Ann Dersi Gürcüstanla bağlı bəyanat verib. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan bəyanatda səfir ABŞ-ın Gürcüstanla bərabər olduğunu, bu ölkənin ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyini bildirib. Dövlət katibi Kondoliza Raysın ötən həftə Tbilisiyə səfərinin bu dəstəyin gücünü göstərdiyini qeyd edən səfir bundan əlavə, prezident Buşun ABŞ-ın Müdafiə Departamentinin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yardım və yenidənqurma səylərini bəyan etdiyini xatırladıb: “ABŞ Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır, biz ümid edirik ki, digər ölkələr də Rusiyanın müdaxiləsinə məruz qalan Gürcüstanı dəstəkləyəcəklər”.

Səfir hesab edir ki, Rusiyanın təxribatları Gürcüstanın xəritəsini yenidən çəkmək məqsədi güdür: “Rusiyanın əsas hərbi infrastrukturundan, eləcə də çevik və qeyri-proporsional qüvvəsindən istifadə ehtimal etməyə imkan verir ki, bu müdaxilə əvvəlcədən düşünülmüş aktdır. Gürcüstan müstəqil və suveren dövlətdir, Rusiya öz demokratik qonşusuna hörmət etməlidir”.

Rusiyanı prezident Medvedyevin prezident Sarkozi ilə əldə etdiyi atəşkəsə dair müqavilənin şərtlərinə tam əməl etməyə çağıran diplomat ABŞ-ın, eləcə də NATO-dakı müttəfiqlərinin münaqişə nəticəsində yaranan humanitar böhranı həll etmək üçün çevik fəaliyyət göstərdiyini vurğulayıb.

A. Dersi Rusiyanın hərəkətlərinin təkcə Gürcüstan üçün deyil, ümumilikdə bölgənin demokratik inkişaf arzusu üçün təhlükə yaratdığına diqqət çəkib: “Azərbaycan və Gürcüstan kimi suveren dövlətlər, Avropa və Qərblə əlaqələr da daxil olmaqla, özlərinin müəyyən etdiyi kursu davam etdirəcəklər. Rusiya demokratik yolla seçilən liderlərin bu qərarlarına hörmət etməlidir. Son 15 il ərzində bu bölgə dirçəlib, Avropa, Orta Asiya və geniş beynəlxalq ictimaiyyətlə əlaqələr güclənib. Bu isə təkcə neft və qaz kəmərləri ilə əlaqədar olan fiziki bağlar deyil, həmçinin bizi birləşdirən dəyər, ideya və niyyət bağlarıdır. Rusiya öz qonşularının demokratik inkişafı və firavanlığını dəstəkləməkdə beynəlxalq ictimaiyyətə qoşulmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR