Bank Of Baku

Avropa Şurası Azərbaycandakı prezident seçkiləri ilə bağlı avqust ayında silsilə tədbirlər keçirəcək

Avropa Şurası Azərbaycandakı prezident seçkiləri ilə bağlı avqust ayında silsilə tədbirlər keçirəcək
# 19 avqust 2008 09:32 (UTC +04:00)
APA-nın məlumatına görə, avqustun 21-22-də və 25-26-da AŞ Venesiya Komissiyası, İFES və Mərkəzi Seçki Komissiyasının (MSK) birlikdə təşkil etdiyi seminar keçiriləcək. Seminar MSK və Dairə Seçki komissiyalarının hüquqşünasları və katibləri üçün nəzərdə tutulub. Yerli və AŞ ekspertlərinin apardığı seminarda 120 nəfər iştirak edəcək.

Avqustun 23-24-də AŞ ilə “İnternews”-un birgə layihəsi əsasında televiziya jurnalistləri üçün seçkilərin işıqlandırılması mövzusunda təlim keçiriləcək. Təlimlərdə ölkədə fəaliyyət göstərən kanalların əməkdaşları iştirak edəcəklər. Təlimləri AŞ və yerli ekspertlər aparacaq.

Avqustun 26-da isə AŞ və «Yeni Nəsil» Jurnalistlər Birliyinin birgə təşkil etdiyi konfrans keçiriləcək. «Media və seçkilər: medianın demokratik öhdəlikləri» adlı konfransda jurnalistlər, ictimaiyyət nümayəndələri, MSK üzvləri, millət vəkilləri, səfirlik və beynəlxalq təşkilatların əməkdaşları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR