Bank Of Baku

Prezidenti İlham Əliyev Misirin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezidenti İlham Əliyev Misirin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 19 avqust 2008 12:52 (UTC +04:00)
Bakı - APA. Prezidenti İlham Əliyev avqustun 19-da Misirin Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir Misir-Azərbaycan münasibətlərinin son illər uğurla inkişaf etdiyini bildirib.
Öz növbəsində, prezident İ. Əliyev iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə olduğunu, səfirin diplomatik fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da möhkəmləndiyini və onun münasibətlərin inkişaf etdirilməsinə töhfə verdiyini vurğulayıb. Dövlət başçısı iki ölkənin əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR