Bank Of Baku

BMT-nin İnsan Haqları Şurasında Azərbaycanın təklifi ilə xüsusi müzakirələr keçiriləcək

BMT-nin İnsan Haqları Şurasında Azərbaycanın təklifi ilə xüsusi müzakirələr keçiriləcək
# 19 avqust 2008 14:52 (UTC +04:00)
Komitə üzvü bu ilin martında Azərbaycanın BMT-nin İnsan Haqları Şurasında “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər”lə bağlı qəbul olunan qətnamənin təşəbbüskarı kimi çıxış etdiyini deyib: “Məsləhətçi Komitənin bir neçə gün əvvəl Cenevrədə keçirilən iclasında silahlı münaqişələr zamanı itkin düşən şəxslərlə bağlı məruzənin hazırlanması qərara alınıb. Məni də həmin məruzəni hazırlayacaq işçi qrupuna daxil etdilər”.

L. Hüseynov bu il sentyabrın 22-də BMT-nin İnsan Haqları Şurasında sözügedən məsələ ilə bağlı xüsusi müzakirələrin keçiriləcəyini deyib: “Həmin müzakirələrə Məsləhətçi Komitədən nümayəndə kimi məni dəvət ediblər”.

Komitə üzvü Azərbaycanın sözügedən sahədə problemlərinin çox olduğunu, hazırlanacaq məruzədə bütün faktların əksini tapacağını bildirib: “Məsləhətçi Komitə bu məsələ ilə bağlı xüsusi təhqiqat aparacaq. İtkin düşmüş şəxslər, onların ailə üzvlərinin həmin şəxslər haqında məlumat almaq hüququ və digər məsələlər hazırlanacaq məruzədə əksini tapacaq”.

L. Hüseynov deyib ki, həmin sənəd hazırlandıqdan sonra BMT itkin düşmüş şəxslərin hüquqlarının daha effektiv qorunması ilə bağlı öz tövsiyələrini verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR