Bank Of Baku

Azərbaycan prezidenti Beynəlxalq Maliyyə Korporasiyasının rəhbərini qəbul edib

Azərbaycan prezidenti Beynəlxalq Maliyyə Korporasiyasının rəhbərini qəbul edib
# 19 avqust 2008 15:08 (UTC +04:00)
Bakı – APA. Avqustun 19-da Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) rəhbəri Lars Tunellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, L. Tunell 1995-ci ildən rəhbərlik etdiyi qurumun Azərbaycanla uğurlu əməkdaşlıq etdiyini deyib, son illər Azərbaycanın iqtisadi artım, biznes mühitinin və özəl sektorun inkişafı istiqamətində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.
Görüşdə Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR