Bank Of Baku

Azərbaycan prezidenti bp-nin icraçı vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti bp-nin icraçı vitse-prezidentini qəbul edib
# 19 avqust 2008 16:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, E. İnqlis son günlər bölgədə böhranlı vəziyyətə baxmayaraq, bp ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında zərərlərin minimuma endirilməsi istiqamətində dənizdə hasilatla bağlı əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Eyni zamanda, o, Azərbaycanda qış mövsümü üçün qaz ehtiyatının təmin olunmasının da önəmli olduğunu bildirib.

Öz növbəsində, dövlət başçısı deyib ki, bütün bunlar hətta böhranlı vəziyyətlərdə belə Azərbaycanla bp arasında uğurlu əməkdaşlığın həyata keçirilməsinin mümkünlüyünü göstərir. Prezident əmin olduğunu bildirib ki, bp ilə əməkdaşlığın bundan sonra da genişləndirilməsi planlaşdırılan layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR