Bank Of Baku

Rəcəb Tayyip Ərdoğan bu gün birgünlük işgüzar səfərlə Bakıya gəlir

Rəcəb Tayyip Ərdoğan bu gün birgünlük işgüzar səfərlə Bakıya gəlir
# 20 avqust 2008 08:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Bakıya birgünlük işgüzar səfərə gəlir. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 15.00-da başlayacaq səfər çərçivəsində Türkiyənin baş naziri Azərbaycan prezidenti İlham Əliyevlə öncə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq.

Danışıqlarda iki ölkə arasında münasibətlər, regiondakı vəziyyət, iki ölkənin birgə həyata keçirdiyi layihələrin təhlükəsizliyi, Türkiyənin irəli sürdüyü Qafqaz İttifaqının yaradılması ideyası və digər məsələlər müzakirə olunacaq. Danışıqlardan sonra mətbuat konfransı keçiriləcək.

R. T. Ərdoğan elə bu gün Ankaraya qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR