Bank Of Baku

Səməd Seyidov: “Avropa Şurasının Rusiya ilə bağlı hansı addımlar atacağı sentyabrın 5-də məlum olacaq”

Səməd Seyidov: “Avropa Şurasının Rusiya ilə bağlı hansı addımlar atacağı sentyabrın 5-də məlum olacaq”
# 20 avqust 2008 10:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstanla bağlı məsələ Avropa Şurası (AŞ) Bürosunun bu il sentyabrın 5-də Parisdə keçiriləcək iclasında müzakirə olunacaq. Bu barədə APA-ya Azərbaycanın AŞ Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. S. Seyidovun sözlərinə görə, AŞ-nin Gürcüstanda yaranmış vəziyyətlə bağlı hansı addımlar atacağı da məhz həmin iclasda məlum olacaq.

Qeyd edək ki, AŞ-nin Rusiya ilə bağlı qərar qəbul edərkən bu ölkənin qurumdan çıxarılması variantına üstünlük veriləcəyi də istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR