Bank Of Baku

AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə sədr oktyabr sessiyasında təyin olunacaq

AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə sədr oktyabr sessiyasında təyin olunacaq
# 20 avqust 2008 10:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinə sədrin təyinatına AŞ Bürosunda baxılır və qərar verilir”. Bunu APA-ya Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

“Namizədlərin irəli sürülməsi, müzakirələrin aparılması, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin münasibətinin öyrənilməsi uzunmüddətli prosesdir” söyləyən S. Seyidovun fikrincə, Alt Komitəyə sədr təyinatı AŞ PA-nın oktyabr sessiyasında həllini tapacaq.

Qeyd edək ki, 2005-ci yanvar sessiyasında yaradılmış Alt Komitənin sədri, britaniyalı deputat Lord Rassel Conston bu ilin iyulunda vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR