Bank Of Baku

Fransa səfiri Azərbaycanın hüquq müdafdiəçisi ilə “Əbu Bəkr” məscidində baş vermiş partlayışı müzakirə edib

Fransa səfiri Azərbaycanın hüquq müdafdiəçisi ilə “Əbu Bəkr” məscidində baş vermiş partlayışı müzakirə edib
# 20 avqust 2008 11:58 (UTC +04:00)
Bakı- APA. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı İlqar İbrahimoğlu ilə Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerin görüşü olub. DEVAMM-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə bu günlərdə “Əbu Bəkr” məscidində baş vermiş partlayışla bağlı müzakirələr aparılıb.

Azərbaycanda insan haqları, o cümlədən dini etiqad azadlığı sahəsində mövcud durumun müzakirə olunduğu görüşdə Zaqafqaziya regionunda yaranan vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Fransa hazırda Avropa İttifaqına sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR