Bank Of Baku

Rəcəb Tayyip Ərdoğan: “Türkiyə Ermənistanla danışıqlar aparacaq”

Rəcəb Tayyip Ərdoğan: “Türkiyə Ermənistanla danışıqlar aparacaq”
# 20 avqust 2008 12:01 (UTC +04:00)
Onun sözlərinə görə, görüşdə son dövrlər Gürcüstanda baş verən hadisələr əsas diqqət mərkəzində olacaq: “Cənab Əliyevlə həmçinin bölgənin problemlərinin həlli yolu olaraq gördüyümüz Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması barədə də fikir mübadiləsi aparacağıq. Gürcüstandakı son vəziyyət Qafqaz regionun daimi süləh və sabitliyə son dərəcə ehtiyacı olduğunu göstərdi. Bu sabitlik həm də Türkiyənin milli mənafeyinə cavab verir. Moskva və Tiflisə səfərlərim zamanı tərəflərə Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının bölgədə uzunmüddətli sülh və sabitliyə gətirib çıxaracaq bir platforma olduğunu söylədik. Hər iki tərəf belə bir formatda təmsil oluna biləcəklərini söylədilər, yəni tərəflərin təklifə münasibəti müsbətdir. Beş ölkənin iştirakı ilə yaradılacaq formatın təməl əsaslarını da birlikdə yaratmaq niyyətindəyik”. Rəcəb Tayyip Ərdoğan bu məsələ ilə əlaqədar Ermənistanla da danışıqlar aparılacağını bildirib: “Bu həftə xarici işlər nazirimiz Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşəcək. Bu görüşdən sonra Ermənistanla keçirəcəyimiz görüşün vaxtı məlum olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR