Bank Of Baku

DAK İranda azərbaycanlıların həbsinə etiraz olaraq bəyanat qəbul edib

DAK İranda azərbaycanlıların həbsinə etiraz olaraq bəyanat qəbul edib
# 21 avqust 2008 09:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) İrandakı azərbaycanlıların hüquqlarının müdafiəsi uğrunda hərəkatın fəallarının həbsinə etiraz olaraq bəyanat qəbul edib. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Səccad Radmehr, Fəraz Zehtab və Aydın Xaceyi, Daryuş və Şahrux Hatəmi qardaşları, Vədud Əsədi, Peyman Qulami, Əli Abdullahzadə, hüquq müdafiəçisi Həmid Valayi, mühəndis Daryuş Hatəmi və Qulam Nəcəfinin qanunsuz həbs olunduqları, işgəncə və təzyiqə məruz qaldıqları bildirilir. DAK rəhbərləri bəzi hallarda bu işgəncələrin ölümlə nəticələndiyi qeyd ediblər: “Təbriz milli fəallarından olan Afşin Urfan Xosroşahi iş yerində qətlə yetirilib. O, ağır işgəncələrdən sonra iplə boğularaq oldürülüb. Ölümündən əvvəl o, dəfələrlə Ettelaat-a çağrılaraq hədə-qorxuya məruz qalıb. Başqa bir hərəkatçı Fərhad Mohsüni Neqaristani də Ettelaat-da üzvlərinin verdiyi elektrik şoku işgəncəsi nəticəsində vəfat edib”.

Bəyanatda, həmçinin, əlaçı azərbaycanlı tələbələrin Tehran və Təbriz universitetlərindən xaric edildiyi qeyd olunur. DAK İran hakimiyyətindən azərbaycanlılara qarşı təzyiqlərin dayandırılmasını, həbsdə saxlanan fəalların azad edilməsini, tələbələrə qarşı əsassız ittihamlara son verilməsini tələb edib və dünya birliyini, beynəlxalq təşkilatları, hüquq-müdafiə qurumlarını insan hüquq və azadlıqlarının qorunmasında əməli fəaliyyətə çağırırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR