Bank Of Baku

Azərbaycan prezidenti Madriddə baş vermiş təyyarə qəzası ilə əlaqədar İspaniya Kralına və Nazirlər Şurasının sədrinə başsağlığı verib

Azərbaycan prezidenti Madriddə baş vermiş təyyarə qəzası ilə əlaqədar İspaniya Kralına və Nazirlər Şurasının sədrinə başsağlığı verib
# 21 avqust 2008 11:33 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev İspaniya Kralı I Xuan Karlosa başsağlığı verib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Madriddə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini qeyd edən dövlət başçısı faciə ilə əlaqədar Krala, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İspaniya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Prezident İ. Əliyev təyyarə qəzası ilə əlaqədar İspaniya Krallığı Nazirlər Şurasının sədri Xose Luis Rodriges Sapateroya da başsağlığı verib.

Qeyd edək ki, avqustun 20-də Madriddə baş verən təyyarə qəzasında 150-dək çox insan həlak olun, bir neçə nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR