Bank Of Baku

Trayan Basesku: “Rumıniya bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır”

Trayan Basesku: “Rumıniya bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır”
# 21 avqust 2008 12:21 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev və Rumıniya prezidenti Trayan Baseskunun nümayəndə heyətlərinin iştirakı ilə avqustun 21-də geniş tərkibdə görüşü olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın dövlət başçısı İ. Əliyev ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. Azərbaycan prezidenti bölgədə sabitliyin çox mühüm amil olduğunu, hazırda yaşanan gərginliyin böyük narahatlıq yaratdığını vurğulayıb.

Rumıniya prezidenti T. Basesku Azərbaycanın bölgədə mühüm ölkə olduğunu, regional məsələlərdə çox güclü rol oynadığını deyib. O bildirib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “Bu reallıqdır və ölkələrimizin ikitərəfli münasibətləri çox yüksək səviyyədədir”.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və Rumıniya prezidentləri mətbuat üçün birgə bəyanatlarla çıxış ediblər. Dövlət başçıları xüsusi vurğulayıblar ki, Azərbaycan və Rumıniya təhlükəsizlik və enerji sahəsində eyni mövqedən çıxış edir və bu, hər iki ölkənin əməkdaşlığını daha da gücləndirir.

T. Basesku bölgədə baş verən hadisələrə, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Rumıniya bütün qarşıdurmaların və münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR