Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin üzvləri Kərkükə səfər edəcəklər

Dünya Azərbaycanlıları Konqresinin üzvləri Kərkükə səfər edəcəklər
# 21 avqust 2008 14:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qanadının İdarə Heyətinin üzvləri bu ilin oktyabrında İraqın türklər yaşayan Kərkük şəhərinə səfər edəcəklər. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində İraqda yaşayan türklərin problemləri və dünya türkləri ilə inteqrasiya məsələləri müzakirə olunacaq.

Bundan başqa, qurumun təşəbbüsü ilə sentyabrın 10-da Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında “Güney Azərbaycan problemi” mövzusunda beynəlxalq seminar keçiriləcək. Seminarda İranda yaşayan azərbaycanlıların hüquqları müzakirə ediləcək. Toplantıya Avropa Parlamentinin üzvləri də qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR