Bank Of Baku

Amerikalı senator Riçard Luqar gələn həftə Bakıya gələcək

Amerikalı senator Riçard Luqar gələn həftə Bakıya gələcək
# 22 avqust 2008 09:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ABŞ Senatının xarici əlaqələr komitəsinin sədr müavini, respublikaçı-senator Riçard Luqar gələn həftə Bakıya gələcək. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson məlumat verib. Riçard Luqar Avropa turnesi çərçivəsində 9 ölkəyə səfər edəcək. Səfər zamanı transatlantik alyansın enerji təhlükəsizliyi, yeni boru kəmərlərinin, o cümlədən layihələşdirilən “Nabukko” qaz boru kəmərinin tikintisi məsələlərini müzakirə edəcək. Luqarın iki həftə ərzində Fransa, Gürcüstan, Azərbaycan, Türkiyə, Rumıniya, Macarıstan, Ukrayna, Almaniya və Belçikaya səfəri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR