Bank Of Baku

Minskdə MDB İcraiyyə Komitəsinin dövlətlərarası işçi qrupunun növbəti iclası keçiriləcək

Minskdə MDB İcraiyyə Komitəsinin dövlətlərarası işçi qrupunun növbəti iclası keçiriləcək
# 22 avqust 2008 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu il avqust ayının 28-29-da Minskdə (Belarus) MDB İcraiyyə Komitəsinin dövlətlərarası işçi qrupunun növbəti iclası keçiriləcək.
Azərbaycan Nəqliyyat Mazirliyindən «APA-Economics»ə verilən məlumata görə, müzakirələrdə Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndəsi də iştirak edəcək. Müzakirə iştirakçılarına MDB İqtisadi Şurasının 2008-ci il iyun tarixli qərarı ilə dövlətlərarası işçi qrupuna «Böyük Vətən müharibəsi iştirakçılarının, əlillərinin və onlara bərabər tutulan şəxslərin MDB-yə üzv dövlətlərin ərazisində nəqliyyatda güzəştli gediş hüququnun qarşılıqlı tanınması barədə» sazişin təhlili, gələcəkdə həyata keçiriləcək təkliflərin hazırlanması, eləcə də «Böyük Vətən müharibəsi əlilləri və başqa dövlətin ərazisində döyüşmüş şəxslərin, habelə həlak olmuş hərbiçi ailələrinin güzəşt və hüquqlarının qarşılıqlı tanınması barədə 1994-cü ilin aprelin 15-nə olan Saziş»ə əlavə və dəyişikliklər edilməsi ilə bağlı da tapşırıqlar verilib. Qeyd edək ki, «Böyük Vətən müharibəsi iştirakçılarının, əlillərinin və onlara bərabər tutulan şəxslərin MDB-yə üzv dövlətlərin ərazisində nəqliyyatda güzəştli gediş hüququnun qarşılıqlı tanınması barədə» saziş 1993-cü ilin mart ayının 12-də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR