Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından özünə təhlükə görmür”

Xəzər İbrahim: “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından özünə təhlükə görmür”
# 25 avqust 2008 10:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından özünə təhlükə görmür. APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib. Qurumun baş katibi Nikolay Bordyujanın “KTMT-ya üzv olan ölkələrə təcavüz olduğu təqdirdə təşkilata üzv bütün ölkələr təcavüzə məruz qalmış ölkəni dəstəkləyəcək” fikrinə münasibət bildirən Xəzər İbrahim bunun yeni söz olmadığını deyib: “Bordyuja yeni bir şey deməyib, bu məsələ təşkilatın nizamnaməsində əksini tapıb. Azərbaycan heç bir ölkəyə qarşı təcavüz etməyib və belə bir niyyəti yoxdur. Azərbaycanın meyarı yalnız öz ərazisinin bütövlüyünü bərpa etməkdir, bunu da öz ərazisində edəcək”.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan bu təşkilatın üzvləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR