Bank Of Baku

Azərbaycanda səfərdə olan Qoran Lenmarkerin görüşləri başlayıb

Azərbaycanda səfərdə olan Qoran Lenmarkerin görüşləri başlayıb
# 01 sentyabr 2008 08:28 (UTC +04:00)
ATƏT PA-nın mətbuat katibi Klas Berqmanın APA-ya verdiyi məlumata görə, Bakıya ötən gecə gələn Q. Lenmarker hazırda Milli Məclisdə (MM) görüşlər keçirir. Onun MM-də Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti, həmçinin spiker Oqtay Əsədovla görüşləri olacaq.

Bundan başqa, bu gün Q. Lenmarkeri prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov da qəbul edəcək. Həmçinin, ATƏT ölkələrinin Bakıda akkreditə olunmuş səfirləri ilə də görüşlər keçirəcək Q, Lenmarker sabah Gürcüstana gedəcək.

O, Cənubi Qafqaz ölkələrinə səfərinin nəticəsi olaraq məruzə hazırlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR