Abdulla Gülün İrəvana səfərinə Azərbaycan politoloq və siyasətçilərinin rəyi - SORĞU
Politoloq Rasim Musabəyov isə bu səfər fonunda hər hansı təlaşa düşməyin yersiz olduğunu düşünür. Onun sözlərinə görə, bu səfərlə bağlı Azərbaycan tərəfi dəqiqləşmələr aparıb və Abdulla Gülün İrəvana getməsi heç nəyi dəyişmək gücündə deyil: “İndiyə qədər getməyib, indi gedəndən sonra nə olacaq ki? Bu Türkiyənin mövqeyinin dəyişməsi deyil. Onların hansısa təşəbbüsləri uğursuz olarsa, bu Türkiyənin yalnız şəxsi nüfuzuna xələl gətirə bilər. Amma heç bir halda Türkiyə əhalisi, Ordusu hakim elitası Azərbaycanın maraqlarını ermənilərin iddialarına qurban verməyə yol verməz”.
Politoloq İlqar Məmmədovun sözlərinə görə, Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsəndən sonra regionda yeni vəziyyət yaranıb. Əvvəllər Ermənistan üçün Rusiyaya bir pəncərə hesab olunan Gürcüstanın bu pəncərəni qapatdığını deyən politoloq hazırda Ermənistanın bütün inkişafının İranla sərhədə bağlı olduğunu qeyd edir: “Ona görə də bu vəziyyətdən istifadə edən Türkiyə rəhbərliyi istəyir ki, Ermənistan liderləri ilə bir daha ünsiyyət quraraq onları inandırsın ki, həm Azərbaycana, həm Türkiyəyə qarşı öz ərazi iddialarından əl çəksinlər. Əvəzində geniş regional əməkdaşlıqdan bəhrələnsinlər. Gülün səfərinin əsas məqsədi budur”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə A. Gülün səfərini qiymətləndirmək səlahiyyətində olmadığını və ümumilikdə məsələyə şərh vermək istəmədiyini deyib: “Azərbaycan və Türkiyə qardaş, müttəfiq ölkələrdir və biz Türkiyə prezidentinin hansı ölkəyə səfər edib - etməməsindən narahat olmalı deyilik. Çünki bizim qardaşlığımız, dostluğumuz əbədidir”. Gülün səfərinin Qarabağ probleminə hər hansı təsirinin olub-olmamasına gəldikdə, M. Qurbanlı indidən bu barədə fikir söyləməyi mümkün hesab etməyib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Gülün İrəvana səfərini birmənalı olaraq pisləyib. Q. Həsənquliyev bildirib ki, ola bilsin ki, Türkiyə Azərbaycan tərəfinin razılığını alıb: “Amma hər bir halda Türkiyə belə bir təkliflə çıxış etməməliydi. Əvvəla, ermənilər Türkiyəni soyqırım kimi bəşəri cinayətdə ittiham edirlər. Bunun müqabilində birgə futbola baxmağa çağırırlar. Bu dost ölkəyə yaraşmayan bir hərəkətdir. Məncə, Türkiyə ictimaiyyəti növbəti seçkilərdə buna münasibətini bildirəcək. Əminəm ki, Türkiyənin indiki hakimiyyəti atdığı addımlara görə böyük qınaqla üz-üzə qalacaq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Türkiyənin müstəqil dövlət olaraq öz xarici siyasətini özü tərəfindən müəyyənləşdirildiyini deyib. Partiya sədri hesab edir ki, Abdulla Gülün səfəri Türkiyənin əvvəl elan etdiyi prinsiplərə ziddir: “Türkiyə hər zaman elan edirdi ki, Ermənistan Dağlıq Qarabağdan əl çəkməsə, Türkiyəyə ərazi iddialarından, soyqırım iddialarından imtina etməsə, Türkiyənin də Ermənistana münasibəti dəyişməyəcək. İndi Ermənistan heç bir iddiasından imtina etməyib və belə bir vaxtda Türkiyənin öz siyasətini dəyişməsini mən şəxsən doğru hesab etmirəm”.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu Gülün səfərinin bölgədəki gərginlik olduğu vaxta təsadüf etdiyini deyib və buna görə də birmənalı fikir bildirməyin çətin olduğunu bildirib. Buna baxmayaraq, o Türkiyənin böyük dövlət olduğunu və öz maraqlarının olduğunu vurğulayıb: “Azərbaycan Ermənistanla müharibə vəziyyətində olduğundan hər hansı münasibət qurması indiki şərtlərdə mümkün və arzu olunan deyil. Amma Türkiyənin müəyyən mənada Ermənistanı öz təsir zolağına daxil etməsi üçün müəyyən addımlar atmasına biz aqressiv yanaşmamalıyıq. İmkan verməliyik ki, Türkiyə bu təşəbbüslərin gerçəkləşməsinə nail olsun və Ermənistana təsir göstərə bilsin. Bu səfər də belə məqsədə xidmət edir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də Türkiyənin öz xarici siyasətini özünün müəyyənləşdirdiyini qeyd edib. Partiya sədrinin sözlərinə görə, indiyə qədər Azərbaycan və Türkiyə Ermənistan və Azərbaycan münasibətləri fonunda vahid siyasət nümayiş etdiriblər: “Ermənistana yönəlik siyasətdə kəskin fərqlər olmayıb. Həmişə siyasəti əlaqələndiriblər. Bu gün Abdulla Gülün belə bir addım atmasının səbəbi Azərbaycan tərəfinə aydınlaşdırılmalıdır. Bu addımın atılmasının arxasında nələr dayanır, Azərbaycanın mənafeyinə nə qədər uyğundur izah edilməlidir. Azərbaycan və Türkiyə ictimaiyyətində bu məsələyə etiraz ola bilər”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu şəraitdə, ermənilərin bu qədər iddialarından sonra Türkiyə prezidentinin İrəvana səfər etməsinin düzgün olmadığını bildirib. Türkiyənin özü ilə Ermənistanın böyük problemlərinin olduğunu deyən T. Rüstəmxanlı əslində bu səfərin olacağının əvvəlcədən planlaşdırıldığını qeyd edib: “Türkiyədə buna qarşı duran qüvvələr indi həbsdədir. Bu səfər sürpriz deyildi və böyük hazırlıq başlamışdı. Ermənistan Türkiyənin torpaqlarını öz xəritəsində göstərir. Bu problemlər həll edilmədən prezident səviyyəsində ziyarət doğru sayıla bilməz. Türkiyənin dövlət proqramına yazılıb ki, Azərbaycanın torpaqları Ermənistan azad etməmiş Ermənistanla əlaqə qurula bilməz. Necə olar proqramda belə məsələ olur, amma səfər edilir”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə məsələyə münasibət bildirməyib və bununla bağlı müavinlərindən birinə müraciət etməyi məsləhət görüb. Partiya Məclisinin sədri Sülhəddin Əkbər isə Gülün İrəvana səfərini pisləyib. Onun sözlərinə görə, Türkiyənin Rusiya və Ermənistanla münasibətlərini istiləşdirməsi təcavüzkara əl uzatmaq kimi qiymətləndirilməlidir: “Bu düzgün addım deyil. Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri kəsməsi nəticəsində Ermənistanın blokadası daha da güclənib. Ermənistana təzyiqlərin artması üçün əlverişli şəraitin yarandığı bir məqamda Türkiyə tamamilə əks mövqe tutur və Ermənistana əl uzadır. Bu səfər Azərbaycanın maraqlarına cavab vermir
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov indi kəskin fikir söyləməyin əleyhinə olduğunu deyib: “Çünki Türkiyə böyük dövlətdir, özünə məxsus dövlət siyasəti var. Mən ona əminəm ki, Türkiyənin strateji mövqeyi dəyişməyəcək və bütün hallarda Azərbaycanın pozulmuş hüquqlarının bərpası yolundan dönməyəcək. Abdulla Gülün Ermənistana hər hansı səfəri Türkiyənin ümumi mövqeyinə zidd olmayacaq. Bütün dövlətlərin başçıları bir-biri ilə görüşə bilər. Mən bunun əleyhinəyəm ki, kimsə düşünə bilər ki, Ermənistanın öz mövqelərindən çəkinməsi, Türkiyənin güzəştə getməsidir. Bu proseslərdə Türkiyə taktiki dəyişmələrə gedə bilər. Bu münaqişə uzun çəkib və bunu həll etmək üçün bu tipli cəhdlər ola bilər”. N. Cəfərovun sözlərinə görə, bu səfər Ermənistanın böhrandan çıxması kimi də qiymətləndirilə bilər: “Amma Daşnakstyün bəyanat verib və bu görüşün əleyhinədir. Gülün bu cəhdini problemlərin daha tez həll olunması kimi dəyərləndirirəm”.
Xarici siyasət
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib
Bakıda İƏT-in keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Xəbər Lenti
DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib
Tramp: İsraili Livanla atəşkəsə şəxsən mən razı saldım
ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır
Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi
Times: Starmer yaxın günlərdə istefa verə bilər
Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Dübəndi sahilində aşkarlanan neft qalıqları ərazidən kənarlaşdırılıb - FOTO - VİDEO
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
DÇ-2026: Braziliya qələbə axtarışında
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub - YENİLƏNİB-1
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib - FOTO
Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır
Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
İsrail Livanı bombalayıb, 47 nəfər ölüb - YENİLƏNİB
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Qəbul imtahanlarında abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
MN-in Tibb İdarəsində müşavirə keçirilib
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük olunub - FOTO
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
I–IV ixtisas qrupları üzrə abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb
"Reuters": ABŞ-la Qətərin vasitəçiliyi ilə İsrail və "Hizbullah" atəşkəsə razılaşıb
Sabunçuda 12 il əvvəl evi qarət etdikdən sonra qətl törədən şəxsə hökm oxunub