Bank Of Baku

Xələf Xələfov: Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq haqqında layihəyə hərbi-siyasi əməkdaşlıq və hərbi-siyasi təhlükəsizlik məsələləri salınmayıb”

Xələf Xələfov: Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq haqqında layihəyə hərbi-siyasi əməkdaşlıq və hərbi-siyasi təhlükəsizlik məsələləri salınmayıb”
# 04 sentyabr 2008 09:36 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Xəzəryanı ölkələrin Xəzərin statusu ilə bağlı İşçi Qrupunun Bakıda bu gün başlayan toplantısında dənizin hüquqi statusu ilə bağlı konvensiya layihəsinin uyğunlaşdırılması məsələsi müzakirə olunacaq. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, konvensiya layihəsi ilə bağlı bəzi suallar hələ də açıq qalır, bununla bağlı iş davam etdiriləcək: “Xəzəryanı dövlətlərin başçılarının Tehranda keçirilən sammitində Azərbaycana Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq haqqında layihə hazırlamaq tapşırılıb. Bu görüşdə həmin layihə üzərində işləyəcək, məsələ ilə bağlı kompleks müzakirələr aparacağıq”.

Nazir müavininin sözlərinə görə, Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq haqqında layihədə sərhəd xidmətləri, gömrük və daxili işlər orqanlarının əməkdaşlığı barədə məsələləri əksini tapıb. Hərbi-siyasi əməkdaşlıq və hərbi-siyasi təhlükəsizlik məsələləri isə layihəyə salınmayıb. X. Xələfov bildirib ki, layihədə hansısa ölkənin mövqeyindən söhbət getmir. O, görüşdə Xəzər mövzusunda digər məsələlərin də müzakirə olunacağını deyib.

Azərbaycan-Türkmənistan münasibətlərinə gəlincə, X. Xələfov rəsmi Aşqabadla danışıqların davam etdirildiyini bildirib: “Bizim işçi qruplarının görüşləri davam edir. Razılaşdırılmayan məsələləri həll etmək üçün addımlar atırıq”.

İranla bağlı mövqelərin uyğunlaşdırılmasına gəlincə, nazir müavini deyib ki, bununla bağlı danışıqlar formatının olduğunu, bu formatda işi davam etdirildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR