Bank Of Baku

Azərbaycan QHT nümayəndələri Cənubi Osetiyaya gedəcək

Azərbaycan QHT nümayəndələri Cənubi Osetiyaya gedəcək
# 04 sentyabr 2008 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın Avropaya İnteqrasiya Komitəsinin üzvləri avqustun 28-dən sentyabrın 2-dək Gürcüstanda səfərdə olublar. APA-nın məlumatına görə, səfərin nəticələri ilə bağlı bu gün keçirilən mətbuat konfransında Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov səfərin məqsədinin Azərbaycanın mənəvi dəstəyini gürcülərə çatdırmaq, Gürcüstandakı vəziyyəti yerində öyrənmək və gələcəkdə Azərbaycan üçün mümkün təhlükələrlə bağlı nəticələr çıxarmaq olduğunu deyib.

Komitə üzvləri Gürcüstanda döyüş bölgələrində, Qori şəhərində olub, qaçqınlarla görüşüb, həmçinin sentyabrın 1-də Tbilisidə keçirilən həmrəylik mitinqində iştirak ediblər. Səfər çərçivəsində hakimiyyət nümayəndələri, müxalifət partiyaları, QHT təmsilçiləri ilə görüşlər keçirilib.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bürosunun rəhbəri Arzu Abdullayeva isə Gürcüstan cəmiyyətinin təlaş içində olduğunu, vəziyyəti tam dərk edə bilmədiyini qeyd edib. O, səfər zamanı qaçqın düşərgələrində olduqlarını, 150 minə qədər qaçqının yardıma ehtiyac duyduğunu dilə gətirib.
Komitənin digər üzvü Əvəz Həsənov əsir və girovların dəyişdirilməsi ilə bağlı müzakirələr apardıqlarını və Azərbaycan QHT nümayəndələrinin Cənubi Osetiyaya səfərinin nəzərdə tutulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR