Bank Of Baku

Səfir Ann Dersi: “Dağlıq Qarabağ münaqişənin həlli regionda sülh və sabitliyi, həmçinin Azərbaycanda təhlükəsizliyi gücləndirəcək”

Səfir Ann Dersi: “Dağlıq Qarabağ münaqişənin həlli regionda sülh və sabitliyi, həmçinin Azərbaycanda təhlükəsizliyi gücləndirəcək”
# 04 sentyabr 2008 14:33 (UTC +04:00)
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri, xanım Ann Dersi vitse-prezident Riçard Çeyninin Azərbaycana səfərini şərh edərkən deyib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xanım səfir vitse-prezidentin səfərini iki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və demokratiya sahəsində dialoq yolu ilə tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində son illər ərzində atılan addımların məntiqi davamı adlandırıb: “Bu, təkcə hökumətlər deyil, həm də xalqlararası dialoq, təhsil və mədəniyyət sahəsində mübadilədir”.

“Vitse-prezident Çeyninin dediyi kimi, Amerika Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, deyən A. Dersi Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipindən başlamış digər beynəlxalq prinsiplər də nəzərə alınmaqla, danışıqlar yolu ilə həll olunmasını istədiklərini vurğulayıb: “Münaqişənin həllinə nail olmaq indi əvvəlkindən daha vacibdir. Bu regionda sülh və sabitliyi, həmçinin Azərbaycanda təhlükəsizliyi gücləndirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR