Bank Of Baku

Macarıstan parlamentinin spikeri Azərbaycana gəlib

Macarıstan parlamentinin spikeri Azərbaycana gəlib
# 05 sentyabr 2008 09:14 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Macarıstan parlamentinin spikeri Katalin Szilinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, səfər macar qonağın Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etməsi ilə başlayıb. Daha sonra Katalin Szilinin rəhbərlik etdiyi nümayəndə heyəti parlamentdə görüşlər keçirib. Səfərlə bağlı jurnalistlərə açıqlama verən Macarıstan parlamentin spikeri Azərbaycana ilk dəfə gəldiyini deyib. Onun sözlərinə görə, Macarıstan Azərbaycanla münasibətləri, o cümlədən ölkənin Avropa İttifaqına inteqrasiyasının yüksək qiymətləndirir: “Azərbaycan və Macarıstanı çoxtərəfli dostluq münasibətləri birləşdirir, mənim Bakıya gəlişim – qarşılıqlı səfər proqramlarından yalnız biridir. Bu səfərlə mən ölkənizə hörmətimi izhar etmək istəyir və Azərbaycanla əməkdaşlığı necə mühüm əhəmiyyət verdiyimizi nümayiş etdirmək istəyirəm”. Katalin Szili görüş zamanı regionda vəziyyət təhlükəsizlik və energetika məsələləri ətrafında müzakirələr aparılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR