Lorens Hits: “Türkiyənin regiona təsir imkanlarına malik dövlət rolu oynamaq cəhdləri təəccüblü deyil”

Lorens Hits: “Türkiyənin regiona təsir imkanlarına malik dövlət rolu oynamaq cəhdləri təəccüblü deyil”
# 11 sentyabr 2008 12:26 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihəsinin direktoru Lorens Hits verib. O, Türkiyə ilə Ermənistanın münasibətlərində yumşalmanın, Türkiyə prezidentinin İrəvana səfərinin mühüm addımlar olduğunu, lakin bu hadisələri tam şəklidə dəyərləndirməyin hələlik tez olduğunu deyib: “Türkiyənin regiona təsir imkanlarına malik dövlət rolu oynamaq cəhdlərinə təəccüblənmək lazım deyil. Mən burada heç bir sürpriz görmürəm. Türkiyə NATO-nun üzvüdür. Və bu dövlət Rusiya, ABŞ və digər ölkələr kimi təsirli rol oynamaq istəyir. Xatırladım ki, Türkiyə əvvəllər də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara pozitiv təsir etmək istədiyini bəyan etmişdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR