Bank Of Baku

Bu gün BMT Baş Assambleyasının 63-cü sessiyası işə başlayır

Bu gün BMT Baş Assambleyasının 63-cü sessiyası işə başlayır
# 16 sentyabr 2008 07:33 (UTC +04:00)
Sessiyanın gündəliyinə 160-dan artıq məsələ daxil edilib. Müzakirə olunacaq mövzular sırasında sülh və təhlükəsizliyin təmin olunması, terrorizmə qarşı mübarizə, insan hüquqlarını qorunması, ətraf mühitin mühafizəsi, sosial və iqtisadi inkişaf kimi qlobal məsələlər üstünlük təşkil edir. Ənənəyə uyğun olaraq, yeni sessiya çərçivəsində ümumi siyasi diskussiyalar da keçiriləcək. Sessiyanın işinə 120-dən artıq hökumət və dövlət başçısının qatılması gözlənilir. Bu gün BMT Baş Assambleyasının açılış sessiyasında Braziliya, ABŞ, Fransa, Serbiya, Argentina və Oran prezidentlərinin çıxışları nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak etmək üçün sentyabrın 20-də Nyu-Yorka gedəcək. Sentyabrın 29-da onun sessiyada çıxışı nəzərdə tutulub.
BMT Baş Assambleyası qurumun əsas məşvərət orqanı sayılır. Bütün üzv ölkələr bu qurumda bir səs hüququna malikdir. Baş Assambleyanın sessiyaları bir qayda olaraq sentyabr-dekabr aylarında keçirilir. Hazırda BMT-nin 192 üzvü var. Azərbaycan 1992-ci il martın 2-də bu quruma üzv qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR