Bank Of Baku

ABŞ səfiri Ann Dersi: “Qafqaz regionundakı münaqişələri tezliklə həll etmək çox vacibdir”

ABŞ səfiri Ann Dersi: “Qafqaz regionundakı münaqişələri tezliklə həll etmək çox vacibdir”
# 16 sentyabr 2008 07:38 (UTC +04:00)
Səfir bildirib ki, ABŞ Qafqaz və Xəzər dənizi regionunda yerləşən ölkələri inkişaf edən, demokratik və stabil görmək istəyir: “Gürcüstanda bu yaxınlarda baş verən hadisələr onu sübut etdi ki, regionda mövcud olan münaqişələri tezliklə həll etmək çox vacibdir. ABŞ-ın vitse-prezidenti Riçard Çeyni Azərbaycanda səfərdə olarkən qeyd etdi ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, danışıqlar yolu ilə və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını istəyir. ABŞ bu sahədə həmişə aktivlik göstərib və bu belə də davam edəcək”.
Səfir qeyd edib ki, ABŞ dövlət katibinin müavinini köməkçisi Metyu Brayza hazırda regiondadır və o, tezliklə Bakıya səfər edəcək: “Səfər zamanı elə həmin məsələlər üzrə danışıqlar aparacaq. ABŞ dövlətinin mövqeyi ondan ibarətdir ki, Qafqazın suveren və müstəqil dövlətləri öz yollarını özləri seçməlidir və özləri də seçirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR