Bank Of Baku

ATƏT və Avropa Şurası Azərbaycanın seçkiləri izləmək üçün beynəlxalq təşkilatlara dəvət göndərməsini alqışlayıb

ATƏT və Avropa Şurası Azərbaycanın seçkiləri izləmək üçün beynəlxalq təşkilatlara dəvət göndərməsini alqışlayıb
# 16 sentyabr 2008 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər ATƏT və Avropa Şurasının “2+2” gormatında keçirilən görüşünün yekun bəyannaməsində öz əksini tapıb. Bəyannamədə bildirilir ki, hər iki qurum Azərbaycanın seçkilərin demokratik standartlar əsasında keçirilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində cəhdlərini dəstəkləyir: “Biz həmçinin Azərbaycanın ATƏT, Avropa Şurası və Venesiya Komissiyası ilə yüksək səviyyədə əməkdaşlıq etməsini müsbət qiymətləndiririk”. Qeyd edək ki, “2+2” formatında keçirilən görüşdə Gürcüstandakı vəziyyət, terrorizmə qarşı mübarizə, Belarusda seçkilər və s. məsələlər müzakirə olunub. Toplantıda ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stabb, Avropa Şurasının sədri Karl Bildt, Avropa Şurasının baş katibi Terri Devis, həmçinin ATƏT Baş Katibliyinin ofisinin direktoru Pol Frits iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR