Bank Of Baku

Dmitri Medvedyev: “Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir və biz bu tərəfdaşlıqdan razıyıq”

Dmitri Medvedyev: “Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir və biz bu tərəfdaşlıqdan razıyıq”
# 16 sentyabr 2008 12:15 (UTC +04:00)
APA-nın “İTAR-TASS” agentliyinə istinadən yaydığı məlumata görə, görüşün jurnalistlərin iştirakı ilə keçirilən hissəsində Rusiya prezidenti azərbaycanlı həmkarı ilə Cənubi Qafqaz regionunda yaranmış vəziyyəti müzakirə etməyin vacib olduğunu bildirib: “Gürcüstanın təcavüzündən sonra Qafqaz regionunda yaranmış problemlərlə əlaqədar mövqelərimizi bir daha dəqiqləşdirməyə ehtiyac var. Bu, ölkələrimizin Qafqazda stabilliyin bərqərar olmasına dair maraqlarının üst-üstə düşməsi baxımından çox əhəmiyyətlidir”.

Azərbaycan prezidenti İlham Əliyev də regionda sülh və sabitliyin bərqərar olması üçün səylərin birləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Görüşdə, həmçinin Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. Rusiya prezidenti bildirib ki, Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığını səviyyəsinin yüksəldilməsinə dair müəyyən olunmuş məqsədlər həyata keçmək üzrədir: “Ümidvaram ki, ilin sonuna kimi ölkələrimiz arasında ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması hədəfinə nail olacağıq. Hazırda dünya iqtisadiyyatında vəziyyət o qədər də sadə deyil, amma bu vəziyyətdə belə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi göstərir ki, münasibətlərimiz konyuktur xarakter daşımır. Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir və biz bu tərəfdaşlıqdan razıyıq”.

Azərbaycan prezidenti İlham Əliyev də ikitərəfli iqtisadi-ticarət münasibətlərinin səviyyəsini müsbət dəyərləndirib: “Ölkələrimiz arasında ticarət dövriyyəsi sürətli templərlə artır və sevindirici haldır ki, mal dövriyyəsinin strukturu da genişlənir”. Azərbaycan prezidenti iki ölkə arasında humanitar planda da münasibətlərin inkişafına diqqət yetirərək Bakıda Moskva Dövlət Universitetinin filialının açıldığını xatırladıb: “Bu, bizim qarşımıza qoyduğumuz məsələləri operativ şəkildə həll etdiyimizi göstərir”.

Görüş sonra mətbuat nümayəndələrinin iştirak olmadan davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR