Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycan regionda gərginliyin azaldılması işinə töhfəsini verməyə hazırdır”

Prezident İlham Əliyev: “Azərbaycan regionda gərginliyin azaldılması işinə töhfəsini verməyə hazırdır”
# 16 sentyabr 2008 13:38 (UTC +04:00)
APA-nın “İTAR-TASS” agentliyinə istinadən yaydığı məlumata görə, görüşün yekunlarını dəyərləndirən Rusiya prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarını Cənubi Osetiya hadisələri ətrafındakı vəziyyət barədə məlumatlandırdığını deyib: “Mən Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün atdığı addımlar barədə prezident Əliyevə məlumat verdim. Rusiya və Azərbaycanın aktiv qarşılıqlı münasibətləri regionda təhlükəsizlik və stabilliyin təminatının əsas faktorlarından biridir”.

Azərbaycan prezidenti İlham Əliyev isə Rusiya-Azərbaycan münasibətlərinin digər ölkələr üçün nümunə ola biləcəyini bildirib: “Biz bu münasibətlərdən çox razıyıq, bu əməkdaşlıq dövlətlərimiz arasında münasibətlərin inkişafına təsir göstərir. Bu gün regiondakı durum müəyyən narahatlıq doğurur və Azərbaycan gərginliyin azaldılması işinə öz töhfəsini verməyə hazırdır. Fikir ayrılığı olan məsələlər sülh yolu ilə həll olunmalıdır”.

Prezident İ. Əliyev həmçinin qeyd edin ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiyanın aktiv rolunu davam etdirəcəyinə ümidvardır: “Bütün çətinliklərə baxmayaraq, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı əsaslar var”. Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair mövqeyinin dəyişmədiyini, tərəflər arasında birbaşa danışıqlara dəstək verdiklərini deyib: “Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda mühüm yer tutdu. Biz danışıqların ən yaxın zamanlarda davam etdirilməsinə tərəfdarıq. Rusiya bundan sonra da tərəfləri razı salan həll yolunun tapılması üçün yardımını əsirgəməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR