Bank Of Baku

Vladimir Putin: “Azərbaycan və Rusiya MDB məkanında ən yüksək iqtisadi tempə malik ölkələrdir”

Vladimir Putin: “Azərbaycan və Rusiya MDB məkanında ən yüksək iqtisadi tempə malik ölkələrdir”
# 17 sentyabr 2008 07:36 (UTC +04:00)
APA-nın “İTAR-TASS” agentliyinə istinadən yaydığı məlumata görə, Vladimir Putin Rusiya və Azərbaycan arasında siyasi və iqtisadi münasibətləri son dərəcə yüksək qiymətləndirib. O, hər iki ölkənin MDB daxilində ən yüksək iqtisadi inkişaf tempinə malik ölkələr olduğunu xatırladıb: “Bu il Azərbaycanda iqtisadi inkişaf tempi 18 faiz təşkil edib, Rusiyada isə ilin ilk yarısında bu rəqəm 8 faiz olub. Bu göstəricilər stabillik elementidir və biz bundan istifadə etməliyik”.
Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Rusiya ilə münasibətləri yüksək qiymətləndirdiyini bildirib: “Bizim münasibətlərimiz təkcə siyasi xarakter daşımır, bu, həm də səmimi münasibətlərdir. Ümidvaram ki, gələcəkdə biz uğurlarımızı daha da artıracağıq. Ölkələrimiz arasında ticarət dövriyyəsi hər il orta hesabla 50 faiz artır. Bununla paralel olaraq Azərbaycanın da iqtisadi qüdrəti güclənir”. İlham Əliyev Azərbaycanda son illər büdcə xərclərinin 15 dəfə artdığını da bildirib.
Vladimir Putin Azərbaycanın iqtisadi uğurları ilə yanaşı, ikitərəfli əlaqələri də inkişaf etdirməsinə yüksək qiymət verib: “Dövlətlərarası münasibətlər sürətlə inkişaf edir və mən bu prosesi müsbət qiymətləndirməliyəm. Sizi salamlamağa çox şadam. Köhnə dostlarınızı unutmamağınız bizim üçün çox xoşdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR