Bank Of Baku

Xankəndinə səfər etmiş fransalı həmsədr Bernar Fasie Bakıya gələcək

Xankəndinə səfər etmiş fransalı həmsədr Bernar Fasie Bakıya gələcək
# 17 sentyabr 2008 09:00 (UTC +04:00)
APA-nın “Reqnum”a istinadən verdiyi məlumata görə, görüşdən sonra açıqlama verən Bernar Fasie Bako Saakyanla Cənubi Osetiyada baş verən hadisələrdən sonra regionda yaranmış situasiyanı, bu durumun danışıqlar prosesinə təsirini, nizamlanma prosesində atılacaq mümkün əlavə addımları müzakirə etdiyini deyib: “Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edəcəyimizə ümid edirik. Metyu Brayza Bakıdan geri qayıtmazdan bir neçə saat əvvəl mən Bakıda olacağam. Ola bilsin ki, Bakıda görüşdük. Yuri Merzlyakovla Nyu-Yorka getməzdən əvvəl görüşəcəyimizə ümid bəsləyirəm”. Fransanın Azərbaycandakı səfirliyindən APA-ya Bernar Fasienin Bakıya gələcəyi xəbərini təsdiqləsələr də, konkret vaxt açıqlamayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR