Bank Of Baku

Avropa İttifaqının komissarı: “Mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm”

Avropa İttifaqının komissarı: “Mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm”
# 17 sentyabr 2008 14:43 (UTC +04:00)
Bu özləri Brüsseldə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Benita Ferrero-Valdner deyib.

“Regionda baş vermiş son silahlı münaqişə bir daha göstərdi ki, silahlı qüvvələrdən istifadə etməklə məsələni həll etmək olmaz” söyləyən komissar siyasi dialoq, etimadın qurulması tədbirlərinin görülməsi və danışıqların aparılmasının bu kimi uzunmüddətli münaqişələrin həllində yeganə real vasitələr olduğunu vurğulayıb: “Hamımızın marağında olan siyasi və iqtisadi sabitliyə nail olmaq məqsədilə Azərbaycan və Qafqaz regionundakı ölkələrlə qurduğumuz sıx əlaqələrimizi ciddi qəbul edirəm”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Cənubi Qafqazdakı vəziyyət, enerji sahəsində ikitərəfli əməkdaşlıq, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin, o cümlədən Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının icrası çərçivəsində gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub. Komissar Ferrero-Valdner və E. Məmmədyarov Cənubi Qafqaz regionunda avqust ayında baş vermiş hadisələrin göstərdiyi təsirə, Dağlıq Qarabağ üzərindəki münaqişənin sülh yolu ilə həlli perspektivlərinə xüsusi diqqət ayırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR