Bank Of Baku

Rusiya bankı Azərbaycanın işğal altındakı ərazilərinə pul köçürmələri həyata keçirir

Rusiya bankı Azərbaycanın işğal altındakı ərazilərinə pul köçürmələri həyata keçirir
# 23 sentyabr 2008 11:04 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov – APA. Rusiyanın “Anelik RU” kommersiya bankı Azərbaycanın işğal altında olan ərazilərinə pul köçürmələri həyata keçirir. APA-nın məlumatına görə, köçürmələr “Anelik” beynəlxalq pulköçürmə sistemi vasitəsi ilə aparılır. Həmin pulköçürmə sisteminin rəsmi internet səhifəsində (http://anelik.diaspora.ru) Azərbaycan əraziləri təhrif olunmuş qaydada təqdim edilir, işğal altındakı torpaqlar Ermənistanın tərkib hissəsi kimi göstərilir.

Qeyd edək ki, “Anelik RU” Ermənistandakı “Bank Anelik”in filialı kimi fəaliyyət göstərir. Qurum Rusiya Federasiyasının bank sisteminə daxildir və öz fəaliyyətini yerli qanunvericilik əsasında həyata keçirir. “Anelik RU” bütün növ bank xidmətləri göstərir, lakin onun əsas fəaliyyəti “Anelik” beynəlxalq pulköçürmə sistemi vasitəsilə pul köçürmələri həyata keçirməkdir. Bank rəhbərliyinin əksəriyyəti ermənilərdən ibarətdir. Qurumun İdarə Heyətinin sədri Armen Kazaryan, Direktorlar Şurasının sədri Samvel Çzmaçyandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR