Bank Of Baku

Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
# 26 sentyabr 2008 12:58 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Xorvatiyanın Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki səfirinin müavini İqor Pelovşek məlumat verib. O bildirib ki, məsləhətləşmələrdə yaxın vaxtlarda həyata keçiriləcək rəsmi səfərlərin təşkili diqqət mərkəzində olacaq. İkitərəfli əlaqələrin inkişafı, bölgədə vəziyyət, təhlükəsizlik problemləri də müzakirə ediləcək. Məsləhətləşmənin noyabrda keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR