Bank Of Baku

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
# 27 sentyabr 2008 08:49 (UTC +04:00)
APA-nın ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) sentyabrın 24-də Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb, sentyabrın 26-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil ediblər. Həmçinin sentyabrın 24-də həmsədrlər ATƏT-in Minsk Qrupu çərçivəsində son danışıqlarla bağlı ATƏT sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiyeyə hesabat veriblər. Bəyanatda bildirilir ki, həmsədrlər tərəflərin konstruktiv əhval-ruhiyyədə olduğunu və danışıqlar prosesini gücləndirmək niyyətində olduğunu hiss ediblər: “Tərəflər yaxın zamanlarda prezidentlərinin görüşünün mümkünlüyü ehtimalını da müzakirə ediblər. Həmsədrlər öz hökumətlərinin və ATƏT-in mövqeyindən çıxış edərək bir daha bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR